tsarukyan 1

Ermənistan Prokurorluğu Çiçəklənən Ermənistan Partiyasının lideri Qagik Tsarukyanın bir neçə əmlakının müsadirə olunmasını tələb edir.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Məlumata görə, müsadirə olunacaq mülklərə 75 daşınmaz əmlak və 10 əmlak vahidinin bazar dəyəri (bunlardan 57-si İrəvan şəhərində yerləşir), 42 nəqliyyat vasitəsi, “Multi Group Concern”, “Multi Avtotrans”, “Onira Club” və digər şirkətlər də daxil olmaqla 38 hüquqi şəxsdə iştirak payı, qanunsuz əldə edilmiş gəlirlərin qalığı, çəkilən xərclər, verilmiş borclar, tələb hüququnun ötürülməsi və 5 nəqliyyat vasitəsinin bazar dəyəri də daxil olmaqla, 105 milyard 865 milyon 865 min dram məbləğində vəsait daxildir.

Paylaş: