6a568d94834486a568d948344917840572366a568d94834456a568d9483447 2

“Səyyar “ASAN xidmət” vasitəsilə bu günə qədər üç milyondan çox xidmət göstərilib”.

Globalinfo.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Baku TV və “Teleqraf” agentliyinə müsahibəsində deyib.

Agentlik sədrinin sözlərinə görə, səyyar xidmət “ASAN xidmət”in fəaliyyətə başlamasından qısa müddət sonra Prezidentin tapşırığı ilə yaradılıb.

“10 xüsusi avtobus vasitəsilə həyata keçirilən bu layihə ölkənin bütün rayonlarını, hətta ən çətinrelyefli ərazilərini belə əhatə edir. Bu model “vətəndaş dövlətin deyil, dövlət vətəndaşın yanına gəlir” prinsipi ilə xidmətlərin əlçatanlığını təmin edir və xarici ölkələr tərəfindən də böyük maraqla qarşılanır”, – Ü.Mehdiyev deyib.

Paylaş: