6a5678b5b20386a5678b5b203917840518936a5678b5b20366a5678b5b2037 3

Hazırda ölkədə fəaliyyət göstərən 28 “ASAN xidmət” mərkəzi və 10 səyyar xidmət avtobusu Azərbaycanın bütün regionlarını əhatə edir. Buna görə də yeni mərkəzlərin açılmasına ehtiyac duyulmur.

Globalinfo.az xəbər verir ki, bunu Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Teleqraf-a müsahibəsində deyib.

“Bu gün artıq ölkə üzrə 28 “ASAN xidmət” mərkəzi fəaliyyətdədir. Əlavə olaraq üç “ASAN kommunal” mərkəzi fəaliyyət göstərir. Bu mərkəzlər vətəndaşlara qeydiyyat yerindən asılı olmayaraq ölkənin bütün regionları üzrə xidmət həyata keçirir. Düşünürük ki, bu say kifayət edir. Çünki bundan əlavə 10 səyyar avtobus da var. Onlar “ASAN xidmət” mərkəzinin olmadığı regionlara səfərlər edirlər. Tələbata uyğun 2 həftə və ya 1 ay ərzində şəhər və qəsəbələrdə vətəndaşlara xidmət göstərirlər. Bu 10 avtobus və 28 mərkəzin ölkəni tam əhatə etdiyini düşünürük. Mərkəz sayının artırılmasına artıq ehtiyac duyulmur”, – o bildirib.

Ülvi Mehdiyev əlavə edib ki, yeni “ASAN xidmət” mərkəzlərinin açılması yalnız işğaldan azad olunmuş ərazilərdə nəzərdə tutulur.

Paylaş: