Rusiyanın Kamçatka yarımadası yaxınlığında 6,0 və 5,7 bal gücündə iki zəlzələ qeydə alınıb.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialı məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanlar iyulun 15-də altı dəqiqə fasilə ilə baş verib.
Məlumata görə, 6,0 bal gücündə zəlzələnin episentri Petropavlovsk-Kamçatskidən 210 kilometr cənub-şərqdə, 64,6 kilometr dərinlikdə yerləşib.
5,7 bal gücündə ikinci zəlzələnin episentri isə şəhərdən 206 kilometr aralıda, 72 kilometr dərinlikdə qeydə alınıb.
Dağıntı və ya tələfat barədə məlumat verilməyib.