tokayev 170625 2

Qazaxıstan Konstitusiya Məhkəməsi Prezident Qasım-Jomart Tokayevin gələcəkdə yenidən prezidentliyə namizəd ola bilməsinə imkan yaradan qərar qəbul edib.

Globalinfo.az xəbər verir ki, bu barədə məhkəmə qərar çıxarıb. Məhkəmənin qərarında bildirilib ki, 1 iyul 2026-cı ildə qüvvəyə minən yeni Konstitusiyanın qəbulundan sonra Tokayevin əvvəlki prezidentlik müddətləri yeni hüquqi çərçivədə nəzərə alınmır.

Bununla da, hazırkı prezidentlik müddəti yeni Konstitusiya əsasında hesablanmadığı üçün Tokayevin gələcək seçkilərdə yenidən iştirak etmək hüququnun yarandığı qeyd olunur.

Qeyd edək ki, Qasım-Jomart Tokayev daha əvvəl dəfələrlə Konstitusiyanı şəxsi maraqları naminə dəyişmək niyyətində olmadığını bildirib.

O, 2022-ci ildə yenidən seçilmək hüququ verilməyən yeddi illik vahid prezidentlik müddəti modelini təklif etmiş və bunu hakimiyyətin uzunmüddətli cəmləşməsinin qarşısını alan mexanizm kimi təqdim etmişdi.

Tahir Turan
Globalinfo.az

Paylaş: