piter teys susa forumu

“Şuşa Qlobal Media Forumu, informasiya vasitələrinin necə inkişaf etdiyinə və demokratik cəmiyyətlərdə dezinformasiyanın roluna diqqət yetirərək, Azərbaycan Respublikasını və Şuşanı dünyanın paytaxtı kimi təqdim edən tarixi bir tədbirdir”.

Bunu amerikalı politoloq Piter Teys IV Şuşa Qlobal Media Forumundan eksklüziv olaraq Globalinfo.az-a verdiyi reportajda bildirib.

P.Teys qeyd edib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev ilə interaktiv dialoq, real faktların saxta xəbərlərlə təhrif olunduğu və hibrid müharibənin təbliğat və informasiya müharibəsi ilə dərindən bağlı olduğu bir dövrdə mühüm rol oynadı:

“Müzakirə olunan əsas mövzulardan biri Azərbaycan ilə ABŞ arasındakı mükəmməl münasibətlər idi və Prezident Tramp və Prezident İlham Əliyev Azərbaycan-Amerika Birləşmiş Ştatları ittifaqının əsas memarlarıdırlar”.

Amerikalı ekspert bildirib ki, demokratik cəmiyyətlərdə medianın rolu, süni intellekt, dezinformasiya və saxta xəbərlərin nəticələrinin müzakirəsi kontekstində Azərbaycan daha aktual və vacib hala gəlir:

“Şuşa – tarixi irsə malik bu möhtəşəm Azərbaycan şəhəri etibarlı media və qlobal anlaşmanın gücləndirilməsi üçün ideal mərkəz kimi mədəni xüsusiyyətləri özündə cəmləşdirir. Dünya tarixində ilk dəfə olaraq alimlər, akademiklər və tanınmış dövlət başçıları Şuşada medianın rolunu gücləndirmək üçün toplaşırlar; o şəhərdə ki, otuz il ərzində beynəlxalq media qurumlarının çox qərəzli və təhrif olunmuş xəbərlərindən xeyli əziyyət çəkib və baxmayaraq ki, əsas informasiya kanalları Azərbaycan Respublikasının nüfuzuna bu qədər ziyan vurub.

Şuşa (ermənilərin urbisid, ekosid və soyqırımının episentri) ədalətsizliyin küllərindən qalxır və qlobal mərkəzə çevrilir. Ölkələrin daha güclü gələcəyi və daha dinc bir dünya qurmasına dəqiq xəbərlərlə iqtisadi inkişafın qarşılıqlı əlaqəsini qoruyub saxlamaqla nail olmaq həqiqətən mümkündür. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dünyaya göstərdi ki, bu strateji konsepsiyalar və universal geosiyasi tendensiyalar dövlətlər və regionlar üçün nəzərəçarpacaq irəliləyiş yarada bilər”.

Gülnar Səlimova
Globalinfo.az
İstanbul

Paylaş: