rubio 1

ABŞ dövlət katibi Marko Rubio Beynəlxalq Cinayət Məhkəməsini (BCM) ölkəsinin suverenliyinə müdaxilə etməkdə günahlandırıb və Vaşinqtonun buna sərt cavab verəcəyini bildirib.

Globalinfo.az-ın xəbərinə görə, Rubio qeyd edib ki, Beynəlxalq Cinayət Məhkəməsi özünü heç kimə hesabat verməyən yeni qlobal hüquq qaydasının arbitrinə çevirmək istəyir.

Onun sözlərinə görə, məhkəmə ABŞ vətəndaşlarını təqib və həbs etmək səlahiyyəti qazanmağa çalışır və bununla da Amerika suverenliyinin əsaslarını təhdid edir.

“Biz BCM-ə Amerikanın qətiyyətinin nə demək olduğunu tam şəkildə göstərəcəyik”, – deyə Rubio vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: