230908 Lindsey Graham donald trump ew 300p 2ee415

Rusiyalı filosof, ideoloq Aleksandr Duginin ABŞ-ın tanınmış Respublikaçı senatoru Lindsi Qrehemin qəfil ölümü bağlı iddiası müzakirələrə səbəb olub. Dugin bildirib ki, bu ölüm ABŞ Prezidenti Donald Trampa göndərilən “qara ləkə” ola bilər. Dugin hətta senatorun ölümünün arxasında İranın da dayana biləcəyini iddia edib.

Filosof hətta bu ölümünü Trampı İranla yenidən tammiqyaslı müharibəyə başlamağa sövq etmək üçün MOSSAD-ın əməliyyatı ola biləcəyini də söyləyib.

“Lindsi Qrehem Trampın kölgəsi idi, onun “qaranlıq tərəfi” (siyasi mənada ən sərt və radikal tərəfini təmsil edən şəxs) idi”, – Dugin bildirib.

Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, Lindsi Qrehemin ölümü təəccüblü deyil:

“O, onsuz da xəstə idi. 71 yaşlı birinin səhhətində hər zaman problem olur. Onun müalicə aldığına dair bir neçə dəfə məlumat oxumuşam. Yəni təəccüblü bir hadisə yoxdur.

qabil huseynli esas
Qabil Hüseynli

İranABŞ gərginliyi davam etdiyi üçün bu kimi hadisələrə mistika qatmaq, ya da sirli nəsə göstərmək təbiidir. İran tərəfi belə addımları sevir. Etməsələr belə, mətbuata “biz etdik” deyə bilərlər.

Duginə gəldikdə isə, mən onu ciddiyə almıram. Ümumiyyətlə, o, cəfəngiyyatı sevir. Azərbaycanla bağlı fərqli vaxtlarda mənasız şeylər demişdi”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: