
YPG/SDG qruplaşmasının lideri Sipan Hamo Suriya ordusunun Fəratın qərb və şərqində irəliləməsinə dair açıqlama verib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Haberler” nəşri məlumat yayıb.
Hamo bildirib ki, İran və Rusiyadan dəstək almırlar və ayrıca bir dövlət qurmaq məqsədləri yoxdur.
O, həmçinin İsraildən kürdlərə görə Suriya ordusuna hava zərbələri endirməyi tələb edib.
ABŞ nümayəndəsi Tom Barrak ilə aparılan görüşlərdə atəşkəs üçün konkret yol xəritəsinin hazırlanmadığını qeyd edən Hamo, kürdlərin Suriyada qalmaq istədiyini vurğulayıb.
O, xüsusilə koalisiya qüvvələri və ABŞ-dan daha güclü və nəticəyönümlü müdaxilə gözlədiklərini əlavə edib.
Safura Bənnayeva
Globalinfo.az