Hörmüz boğazı beynəlxalq dəniz yolu ilə qanuni şəkildə hərəkət edən bütün gəmilər üçün açıqdır.
Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) açıqlama yayıb.
Bildirilib ki, ABŞ Silahlı Qüvvələri dəniz naviqasiyasının sərbəst və fasiləsiz həyata keçirilməsini təmin etməyə hazırdır. Açıqlamada İranın aqressiv addımları, təhdidləri və bəyanatlarının buna mane olmayacağı vurğulanıb:
“İran Hörmüz boğazına nəzarət etmir. Hazırda gəmiçilik normal qaydada davam edir”.
Safura Bənnayeva
Globalinfo.az