AA 20260710 41946157 41946156 ISPANYA BELCIKA scaled

İspaniya Belçika üzərində 2:1 hesabı ilə qələbə çalaraq yarımfinala vəsiqə qazanıb. 

***00:49

İspaniya yenidən hesabda irəli çıxıb. 

Globalinfo.az xəbər verir ki, Mikel Merino 88-ci dəqiqədə komandasına ikinci qolu qazandırıb.

***00:05

Qarşılaşmanın ikinci hissəsi start götürüb. 

***23:51

Qarşılaşmanın ilk hissəsi yekunlaşıb.

Globalinfo.az xəbər verir ki, tərəflər fasiləyə bərabər hesabla yollanıblar.

***23:40

Belçika hesabı bərabərləşdirib. 

Globalinfo.az xəbər verir ki, 41-ci dəqiqədə Ketelaere komandasına bərabərlik qolunu gətirib.

***23:30

Fabian Ruiz İspaniya yığmasını hesabda irəli çıxarıb. 

Globalinfo.az xəbər verir ki, qarşılaşmanın 30-cu dəqiqəsində İspaniya millisi ilk qolunu qazanıb.

***23:00

Belçika və İspaniya qarşılaşması başlayıb. 

***21:17

FIFA 2026 Dünya Çempionatının son ¼ oyununa sayılı saatlar qaldı.

Globalinfo.az xəbər verir ki, bu mərhələdə İspaniya yığması Belçika millisi ilə qarşılaşacaq.

Matç Bakı vaxtı ilə 23:00-da başlayacaq. Qarşılaşmanın qalibi dünya çempionatının yarımfinalına vəsiqə qazanacaq.

Qeyd edək ki, İspaniya bu dünya çempionatında qapısından heç bir qol buraxmayıb. Komanda 2010-cu ildən bəri ilk dəfə dünya çempionatının ¼ mərhələsinə uğurla adlamağa çalışır. Həmin il ispanlar turnirin qalibi olublar.

Belçika isə 1/8 finalda mundialın ev sahiblərindən olan ABŞ-ni inamlı oyunla məğlub edib. Belçikalılar sonuncu dəfə 2018-ci ildə dünya çempionatının yarımfinalına yüksəliblər.

Bugünkü qarşılaşmanın qalibi 14 iyulda Dallasda keçiriləcək yarımfinal oyununda Fransa ilə qarşılaşacaq.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: