
Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiyanın Baş naziri Mixail Mişustin arasında açıq, səmimi və dostluq şəraitində müzakirələr aparılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Paşinyan jurnalistlərə açıqlamasında bildirib ki, görüş zamanı bir sıra razılaşmalar əldə olunub.
O, detalların hələ açıqlamayacağını qeyd edib:
“Nəticələrin reallaşmasını gözləmək lazımdır”.
Safura Bənnayeva
Globalinfo.az