qalibaf

“Hörmüz boğazının açılması ABŞ-ın təzyiqlərindən deyil, yalnız Tehranın müəyyən edəcəyi şərtlərdən asılı olacaq”.

Globalinfo.az xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf deyib.

Qalibaf çıxışında Vaşinqtona da sərt xəbərdarlıq ünvanlayıb:

“ABŞ hələ də güc tətbiqinin və verilən vədlərin pozulmasının nəticəsiz qalmayacağını anlamayıb. Zərbə endirsəniz, mütləq cavab zərbəsi alacaqsınız”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: