whatsapp image 2026 06 05 at 213634 1780681014

İranın strateji əhəmiyyətli Bəndər Abbas limanında partlayış baş verib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb. Belə ki, İranın cənubundakı sahil şəhərində güclü partlayış səsi eşidildiyini bildirilib.

Əlavə məlumat açıqlanmayıb. Bəndər Abbas İranın Fars körfəzindəki əsas limanı və həyati əhəmiyyətli logistika mərkəzidir.
Partlayışın səbəbi və mümkün itkilər barədə məlumatlar dəqiqləşdirilir.

Rəsmilər hələlik hadisə ilə bağlı heç bir şərh verməyiblər.

Tahir Turan
Globalinfo.az

Paylaş: