WhatsApp Image 2026 07 07 at 13.49.12

ABŞ Prezidenti Donald Tramp ötən ay İranla bağlı əsas hədəflərindən birinin rejim dəyişikliyi olduğunu bəyan etsə də, həmin açıqlama ciddi qarşılanmamışdı. Lakin son günlər İranın mərhum ali lideri Ayətullah Seyid Əli Xameneinin dəfn mərasimində yaşananlar, xüsusilə də onun varisi hesab edilən oğlu Müctəba Xameneinin tədbirdə görünməməsi ölkədə hakimiyyət dəyişikliyi ilə bağlı iddiaları yenidən gündəmə gətirib.

İranda doğrudanmı rejim dəyişikliyi baş verib? VaşinqtonTehran danışıqları bu proseslə əlaqəlidir? Ümumiyyətlə, ölkədə hansı siyasi dəyişikliklər yaşanır?

Globalinfo.az-a danışan politoloq Tofiq Abbasov deyib ki, İranda rejim dəyişikliyi baş verməyib:

“Ümumiyyətlə, mən İran mövzusunda “rejim” ifadəsinin istifadə olunmasının qəti əleyhinəyəm. Əli Xameneinin dəfni birmənalı şəkildə göstərdi ki, İranda xalqın əksəriyyəti məhz bu sistemin müdafiəsində israrlıdır, onu dəstəkləyir. Yəni “rejim” deməklə İranın hakimiyyət sistemini alçaltmağa çalışırlar.

Trampın dediklərinə gəldikdə isə, o, özünü kifayət qədər çox təkzib edib, yalan danışıb. Bu yaxınlarda statistikada bəyan edildi ki, Tramp bir gündə 38 dəfə çıxış edib və həmçinin elə təkcə bir gündə özünü bir neçə dəfə təkzib edib. Onun dedikləri rəvayətdir, nağıldır. ABŞ lideri başa düşür ki, ən yaxın müttəfiqi Benyamin Netanyahuİsrail onu çox çətin vəziyyətə saldı. İndiyədək də Tramp özünə gələ bilmir. Düzdür, onun ailəsi X platformasındakı paylaşımlarına görə birjalarda qazanc əldə edir. Amma bu, ABŞ diplomatiyasının və dövlətinin qazancı ola bilməz. Hətta deyərdim ki, Vaşinqton bu müharibədə öz eksklüzivliyini itirdi.

tofiq abbasov 900x600 1
Tofiq Abbasov

Tramp hazırda Netanyahunu günahlandırır. Əslində, bu, bəhanə deyil. Çünki o, müstəqil, özü də böyük ölkənin lideridir. Buna rəğmən, Netanyahunun fitvası ilə İran kimi müstəqil, suveren ölkəyə hücum etdi. İsrailin etdikləri isə heç vaxt bağışlanmayacaq. Beynəlxalq məhkəmə də bəzi israilli rəsmilərlə bağlı qərarlar qəbul edir”.

Politoloq qeyd edib ki, İsraildə demokratik cəmiyyət var və müharibəyə “yox” deyənlər də mövcuddur:

“Yəni onlar həmin dini sistemə qarşı çıxır, Fələstinlə barışmaq istəyirlər. Tramp bir çox şeyi görə bilmədi. İsrailin təsiri ilə müharibəyə başladı.

İran cəmiyyəti isə bu hücumlar zamanı meydanlardan çəkilmədi. ABŞ Prezidenti bütün körpüləri, stansiyaları dağıdacağını deyəndə də insanlar həmin ərazilərə getdi. Bu prosesdə rejim dəyişikliyindən danışmaq yersizdir. Əksinə, sistem möhkəmlənib. Əsas rejim dəyişikliyi İsraildə baş verib. Netanyahu tələsik koalisiya hökuməti qurdu və məqsədlərinə çatmaq üçün addımlar atdı”.

Politoloq Qabil Hüseynli isə deyib ki, rejim daxilində səssiz bir inqilabın olması istisna deyil:

“Əslində, formal olaraq ali dini lider institutu fəaliyyətini davam etdirir. Lakin faktiki qərarvermə mexanizmi İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nəzarətinə keçib. Müctəba Xameneinin ali lider postuna gətirilməsi isə daha çox simvolik xarakter daşıyır.

İndiki məmqada o, sistemin ideoloji legitimliyini qoruyan fiqurdan başqa bir şey deyil. Əsl siyasi və təhlükəsizlik qərarları isə SEPAH daxilində formalaşan yeni güc mərkəzi verir.

1671105283 qabil huseynli
Qabil Hüseynli

Müctəba Xameneinin atasının dəfn mərasiminə qatılmaması da diqqət çəkir. Məncə, bunun səbəbi rəsmi şəkildə açıqlanmasa da, onun səhhəti ilə bağlı problemlərdən qaynaqlanır. Düzdür, bu, hələlik iddadır amma doğrudursa, ali lider institutu əvvəlki qədər aktiv rol oynamaycaq. Qərarvermə səlahiyyətləri isə daha çox hərbi elitaya keçəcək.

Əslində, SEPAH uzun illərdir təkcə hərbi qurum deyil. O, iqtisadiyyatdan xarici siyasətə, kəşfiyyatdan daxili təhlükəsizliyə qədər dövlət idarəçiliyinin əsas sütunlarından birinə çevrilib. Bu mənada, bu gün SEPAH dövlətin dayağı olmaqdan çıxaraq, onun əsas sahibinə çevrilməsi elə də təəccüblü deyil”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: