Rusiyanın Ukraynaya qarşı müharibəsində iştirak edən, “On üçüncü” çağırış nişanı ilə tanınan Z-bloger Yeqor Quzenko cəbhədən qaçdıqdan sonra axtarışa verilib.
Globalinfo.az xəbər verir ki, bu barədə jurnalist Denis Kazanski məlumat yayıb.
Sənəddə bildirilir ki, Yeqor Quzenko “hərbi hissəni özbaşına tərk etmə və hərbi xidmət vəzifələrinin icrasından yayınma” maddələri ilə axtarılır.
Blogerin “Telekram” kanalında isə “Yeqor təxminən iki həftə ərzində əlaqədə olmayacaq” məzmunlu paylaşım edilib.
Məlumata görə, Ukrayna tərəfi Quzenkoya təhlükəsiz keçid dəhlizi təklif edib. Həmçinin istəyi olacağı təqdirdə Ukrayna Silahlı Qüvvələrinin sıralarında xidmətini davam etdirmək imkanı yaradılacağı bildirib.
Xatırladaq ki, Yeqor Quzenko daha əvvəl də Rusiya prezidenti Vladimir Putini sərt tənqid etməsi ilə gündəmə gəlib. Quzenko 2024-cü ilin payızında doğulduğu Stavropol diyarında hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmək ittihamı ilə həbs olunub. Daha sonra istintaq təcridxanasından çıxmaq üçün Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzalayaraq cəbhəyə göndərilməyə razılıq verib.
O, 2026-cı ilin aprelində mobil internetin məhdudlaşdırılmasına görə yenidən Putini tənqid edib, bundan sonra yüksək riskli döyüş əməliyyatına göndərilib.
Əliyar Xəlil
Globalinfo.az