5355073462583628400

“Güclü Ermənistan” müxalifət blokunun nümayəndələri parlamentdə fəaliyyətə başlamaq niyyətində olduqlarını açıqlayıblar.

Globalinfo.az xəbər verir ki, bu barədə “Armenia24” nəşri məlumat yayıb. Blokun seçki siyahısına rəhbərlik edən Narek Karapetyan bildirib ki, onlar parlament mandatlarını qəbul edəcək və qanunvericilik fəaliyyətində iştirak edəcəklər.

Karapetyanın sözlərinə görə, müxalifətin Milli Məclisdə təmsil olunması etiraz hərəkatının daha səmərəli koordinasiya edilməsinə və siyasi fəaliyyətin gücləndirilməsinə imkan verəcək.

O qeyd edib ki, parlament platforması müxalifətin mövqeyini daha geniş auditoriyaya çatdırması üçün əlavə imkan yaradacaq.

Tahir Turan
Globalinfo.az

Paylaş: