Moskvaya çatan daha beş PUA məhv edilib.
Globalinfo.az xəbər verir ki, bunu Moskva meri Sergey Sobyanin “Max” messencerindəki kanalında yazıb.
Onun sözlərinə görə, fövqəladə xidmət əməkdaşları dron qalıqlarının düşdüyü ərazilərə cəlb olunublar.
Beləliklə, iyulun 5-də Moskvaya hücum etməyə cəhd göstərən PUA-ların ümumi sayı 15-ə çatıb.
İlk iki dron günorta saatlarında şəhərə yaxınlaşarkən vurulub. Saat 15:16-da daha beş, təxminən doqquz dəqiqə sonra isə əlavə üç PUA zərərsizləşdirilib.
Hadisə fonunda Domodedovo International Airport hava limanında təyyarələrin qəbulu və yola salınması müvəqqəti dayandırılıb.
Məhdudiyyətlərin uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə tətbiq edildiyi bildirilib.
Əliyar Xəlil
Globalinfo.az