Konqo Demokratik Respublikasında (KDR) Ebola qızdırmasından laboratoriya şəraitində təsdiqlənmiş ölüm hallarının sayı artaraq 492-yə çatıb.
Globalinfo.az xəbər verir ki, bu barədə ölkənin Rabitə və KİV İşləri üzrə Nazirliyi məlumat yayıb.
“Ötən sutka ərzində daha 19 nəfər dünyasını dəyişib. Yoluxanların ümumi sayı 1 528 nəfər təşkil edir ki, bu da iyulun 4-ü ilə müqayisədə 26 nəfər çoxdur. Ölüm göstəricisi 32.2 faizdir”, – deyə bildirilib.
Xatırladaq ki, Ebola qızdırmasının hazırkı alovlanması mayın 15-də KDR-in şərqində və Uqandada başlayıb.