Ağdamda Xaçın su anbarında batan ata və iki azyaşlı övladının meyitləri sudan çıxarılıb.

Globalinfo.az APA-ya istinadən bildirir ki, hadisə nəticəsində 1985-ci il təvəllüdlü Şərif Şəmşəddin oğlu İsgəndərov, onun 2008-ci il təvəllüdlü oğlu Tunar Şərif oğlu İsgəndərov və 2009-cu il təvəllüdlü qızı Fidan Şərif qızı İsgəndərli boğularaq ölüb.

    Onların meyitləri Fövqəladə Hallar Nazirliyinin dalğıc-axtarış qrupunun əməkdaşları tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

    Faktla bağlı araşdırma aparılır.

    ***16:37

    Ağdam rayonunun Xaçındərbənd kəndi ərazisində yerləşən Xatın su anbarında batan şəxslərin kimliyi məlum olub.

    Globalinfo.az bildirir ki, APA-nın Qarabağ bürosunun əldə etdiyi məlumata görə, hadisə nəticəsində 1985-ci il təvəllüdlü Şərif Şəmşəddin oğlu İsgəndərov, onun övladları – 2008-ci il təvəllüdlü Tunar Şərif oğlu İsgəndərov və 2009-cu il təvəllüdlü Fidan Şərif qızı İsgəndərli suda batıblar.

      Faktla bağlı araşdırma aparılır.

      ***16:11

      Ağdamda bədbəxt hadisə baş verib.

      Globalinfo.az APA-ya istinadən bildirir ki, hadisə rayonun Xaçındərbənd kəndi ərazisində yerləşən Xatın su anbarında qeydə alınıb.

      İlkin məlumata əsasən, ata iki azyaşlı övladı ilə birlikdə su anbarında çimərkən batıb.

      Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin dalğıc-axtarış qrupları cəlb olunub.

      Faktla bağlı araşdırma aparılır.

      Paylaş: