Avstraliya – Misir qarşılaşmasında qalib əsas oyuna daxil edilmiş əlavə vaxtda da müəyyən edilmədiyindən penaltilər keçirilir.
***23:57
Əsas oyun 1:1 hesabı ilə bitdiyindən Avstraliya və Misir qarşılaşması əlavə vaxta gedib.
***23:16
Avstraliya bərabərlik qolunu vurub.
Globalinfo.az xəbər verir ki, 55-ci dəqiqədə Misir qapısının qarşısında yaranan təhlükəli vəziyyət Avstraliya yığmasının xeyrinə olub.
Belə ki, misirli futbolçu kəllə ilə topu öz qapısına göndərərək avtoqola səbəb olub.
***23:04
Avstraliya– Misir qarşılaşmasında ikinci hissə başlayıb.
***22:50
Qarşılaşmada ilk hissə bitib.
Globalinfo.az xəbər verir ki, Misir fasiləyə 1:0 üstünlüklə yollanıb.
***22:12
Misir hesabı açıb.
Globalinfo.az xəbər verir ki, Emam Aşur 13-cü dəqiqədə Misirin hesabına bir qol yazdırıb.
***22:00
FIFA 2026 Dünya Çempionatının 1/16 mərhələsində növbəti qarşılaşma keçirilir.
Globalinfo.az xəbər verir ki, Avstraliya və Misir milliləri qarşılaşır.