“Banklar SMS bildiriş xidmətinin aylıq ödənişini 3 AZN-ə qaldırandan sonra bu xidmət hər ay günlərlə işləmir. Amma hər ay 3 AZN heç gecikmədən hesabdan çıxılır”.
Globalinfo.az xəbər verir ki, bunu müğənni Nura Suri deyib.
“Bu xidmət işləməyəcəksə, biz niyə bunun üçün ödəniş edirik? Kartla ödəniş etdikdə və ya hesabdan pul çıxanda SMS gəlmirsə, bu xidmətin mənası nədir?
Müştəridən xidmət haqqı alırsınızsa, xidmət də fasiləsiz işləməlidir. Əks halda, işləməyən xidmətə görə hər ay ödəniş almaq nə dərəcədə ədalətlidir?”, – deyə ifaçı qeyd edib.
Günel Cəlil
Globalinfo.az