
İran və ABŞ nümayəndə heyətləri arasında dolayı danışıqların növbəti mərhələsinin iyulun 18-də keçirilməsi planlaşdırılır.
Globalinfo.az xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.
Bildirilib ki, tərəflər arasında təmaslar əvvəlki kimi vasitəçilər vasitəsilə, dolayı formatda davam etdiriləcək.
Bununla yanaşı, növbəti danışıqlar raundunun hansı ölkədə və ya şəhərdə keçiriləcəyi hələlik açıqlanmayıb.
Safura Bənnayeva
Globalinfo.az