ss

2026-cı il futbol üzrə dünya çempionatında AlmaniyaYaponiya milli komandalarının eyni gündə turnirlə vidalaşması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Globalinfo.az xəbər verir ki, əvvəlcə Yaponiya yığması 1/16 final mərhələsində Braziliyaya 1:2 hesabı ilə məğlub olaraq mundialdan kənarda qalıb.

Daha sonra Almaniya millisi Paraqvayla qarşılaşmada əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa vursa da, penaltilər seriyasında 3:4 hesabı ilə uduzaraq turnirlə erkən vidalaşıb.

Bu nəticələrdən sonra sosial şəbəkə platformasında bir istifadəçinin paylaşdığı qısa şərh sürətlə yayılıb.

“Yaponiya və Almaniya eyni gündə ələndi. Bu, ən son 1945-ci ildə baş vermişdi”.

Paylaşım İkinci Dünya müharibəsinin 1945-ci ildə Almaniya və Yaponiyanın məğlubiyyəti ilə başa çatmasına istehzalı istinad kimi qiymətləndirilib və minlərlə istifadəçi tərəfindən paylaşılıb.

View this post on Instagram

 

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: