İran mətbuatından hakimiyyətə çağırış: Sağ qalmaq istəyirsinizsə…

“Sağ qalmağınızı, ötənilki hadisələrin təkrarlanmamasını istəyirsinizsə, siyasətinizi dəyişin”.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bunu İranda çıxan hakimiyyətə bağlı “Cümhur-e İslami” qəzeti yeni illə bağlı (İran təqvimi ilə martın 21-də yeni il başlayır – red.) məqaləsində rejim nümayəndələrinə müraciət edərək yazıb.

Mətbu orqan İranın Ukrayna müharibəsinə müdaxiləsi və ölkədə milli valyutanın devalvasiyasından da bəhs edib: “Baş verən hadisələr yürüdülən mövcud siyasətin nəticəsidir”.