1772264751 pezeskian

İran Prezidenti Məsud Pezeşkian ölkənin Qətərdə dondurulmuş maliyyə aktivlərinin bir hissəsinin blokdan çıxarılması ilə bağlı məlumatları təsdiqləyib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Pezeşkian bildirib ki, İrana məxsus 12 milyard dollardan çox vəsaitin 6 milyardı ölkəyə qaytarılacaq:

“Qalan vəsaitlərin geri qaytarılması istiqamətində də işlər davam etdirilir. Hökumət paralel olaraq iqtisadiyyatın bərpası və əhaliyə sosial dəstək proqramlarının icrasını da davam etdirir”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: