ABŞ Prezidenti Donald Trampın oğullarına qismən məxsus olan “Dominari Securities” investisiya şirkəti Qazaxıstanda volfram mədənini inkişaf etdirən şirkətin beşdə birinə sahibdir.
Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bu açıqlama “The New York Times” (NYT) qəzetində dərc olunmuş məqalədə yer alıb.
Söhbət 2025-ci ilin noyabr ayında “Tau-Ken Samruk” ilə Qazaxıstanda volfram yataqlarının birgə işlənməsi barədə müqavilə imzalayan Amerikanın “Kaz Resources” şirkətindən gedir. Danışıqlar zamanı Erik və Donald Trampın səhmlərinə sahib olduğu “Dominari Securities” şirkətinin investorları Qazaxıstan layihəsində 20 faizlik pay əldə ediblər.
Eyni zamanda, ABŞ ticarət naziri Hovard Lutnikin oğulları Brandon və Kayl Lutnikin nəzarətində olan “Cantor Fitzgerald” investisiya şirkəti bir investora eyni layihəyə investisiya qoymaq üçün 210 milyon dollar toplamağa kömək edib. Qəzetin məlumatına görə, “Cantor Fitscerald” bu cür xidmətlərə görə milyonlarla dollar ala bilərdi.
Amerika liderinin oğulları və onların tərəfdaşları ABŞ və Qazaxıstan nümayəndələrinin 6 noyabr 2025-ci ildə Vaşinqtonda yataqların birgə işlənməsi haqqında saziş imzalamasından altı gün əvvəl yuxarıda adı çəkilən layihəyə investisiya qoymuşdular.