mucteba 1 900x537 2

İranın ali rəhbəri Müctəba Xamenei ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahunun İrana qarşı həyata keçirilən hücumlarla bağlı açıqlamalarını sərt tənqid edib.

Globalinfo.az xəbər verir ki, bu barədə İran mediası məlumat verib.

Xamenei xalqa müraciətində bildirib ki, hər iki liderin bu əməliyyatlarla fəxr etməsi, onun fikrincə, törədilən əməllərin etirafı kimi qiymətləndirilə bilər:

“Bu bəyanatlar İranın hüquqlarının müdafiəsi üçün hüquqi əsasların formalaşmasına xidmət edir. 40 gün davam edən müharibə zamanı baş vermiş hadisələr və ölkəyə dəyən zərərin həcmi ilə bağlı araşdırmalar hələ də davam edir.

Məqsəd həm də bu cür hücumların gələcəkdə təkrarlanmasının qarşısını almaq üçün zəruri tədbirlərin görülməsidir”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: