Araqci 1 900x563 2

İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, əldə olunmuş memorandum əsasında Hörmüz boğazında vəziyyət qarşıdakı 30 gün ərzində mərhələli şəkildə müharibədən əvvəlki vəziyyətə qaytarılacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Əraqçi iraqlı həmkarı ilə keçirdiyi birgə mətbuat konfransında deyib ki, bu proses yalnız İranın üzərinə düşən maneələrin aradan qaldırılmasından sonra həyata keçiriləcək və icrasına görə məsuliyyət tam şəkildə Tehranın üzərində olacaq.

Nazir əlavə edib ki, memorandumun ilk bəndinə uyğun olaraq İsrailin Livana hücumlarının dayandırılması və atəşkəsin təmin edilməsi məsuliyyəti ABŞ-ın üzərinə düşür.

Əraqçi vurğulayıb ki, memorandumun əsas məqsədi bütün cəbhələrdə, o cümlədən Livanda atəşkəsin təmin edilməsidir və sənədin nəzərdə tutulan istiqamətdən kənara çıxmasına yol verilməməlidir.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: