necla ozmen

Türkiyənin paytaxtı Ankarada yaşayan və ABŞ Prezidenti Donald Trampın qızı olduğunu iddia edən Necla Özmenin yeni açıqlamaları maraq doğurub. 

Globalinfo.az xəbər verir ki, Özmen Trampın ona mesaj göndərdiyini iddia edib.

O, Trampa “babacım” deməsinin ABŞ liderinin xoşuna gəldiyini söyləyib:

“Bir həftə əvvəl mənə xaricdən zəng gəldi. Səfirlikdən əlaqə saxladılar. Dedilər ki, atam mənim onun qızı olduğumu qəbul edib. Lakin başı İran müharibəsi və digər məsələlərə qarışıqdır. Mən onun atam olduğunu dedikdən sonra “Epşteyn işi” də gündəmə gəlmişdi. O, prezident olduğu üçün belə məsələlərə başı qarışıqdır. Amma mənimlə tanış olmaq istədiyini dedilər. Gözləməyimi bildirdilər və Trampın mənə məktub yazdığını söylədilər, amma hələ çatdırılmayıb”.

 

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: