rMSa1a06EulSRSYR

İranın vitse-prezidenti, Planlaşdırma və Büdcə Təşkilatının rəhbəri Seyid Həmid Purməhəmmədinin rəhbərlik etdiyi nümayəndə heyəti Ermənistanda səfərdədir. 

Globalinfo.az xəbər verir ki, Purməhəmmədi Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryanla görüşüb.

Qriqoryan İran rəsmisinə Ermənistanın iki ölkə arasında dostluq münasibətlərinin inkişaf etdirilməsinə hazır olduğunu vurğulayıb.

Görüşdə Ermənistan-İran ikitərəfli gündəliyindəki aktual məsələlər müzakirə olunub, nəqliyyat, enerji, ticarət-iqtisadi münasibətlər və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlıq prosesinə toxunulub.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: