Glbalinfo.az xəbər verir ki, o, bu barədə Kanadanın xarici işlər naziri Anita Anand ilə Ottavada keçirdiyi birgə mətbuat konfransında danışıb.
Hakan Fidan bildirib ki, Türkiyə münaqişənin beynəlxalq hüquq prinsipləri əsasında və diplomatik yollarla həllinin tərəfdarıdır.
“Rusiya-Ukrayna müharibəsinin mümkün qədər tez dialoq yolu ilə və beynəlxalq hüquq əsasında başa çatmasını istəyirik. Hazırda diplomatik prosesin dalana dirəndiyini, münaqişənin daha da şiddətləndiyini və tərəflərin hərbi uğurlara fokuslandığını müşahidə edirik. Diplomatik proses mümkün qədər tez bərpa edilməlidir”, – deyə nazir vurğulayıb.
O əlavə edib ki, daha əvvəl də hər iki tərəfə çatdırdığı kimi, Türkiyə Rusiya və Ukrayna nümayəndə heyətlərini yenidən danışıqlar masası arxasında bir araya gətirməyə hazırdır.
“Ölkəmizdə Rusiya və Ukrayna nümayəndə heyətlərini yenidən danışıqlar masası arxasında toplamağa hazırıq”, – deyə Hakan Fidan vurğulayıb.
Əliyar Xəlil