Avropa Komissiyasının sədri Ursula fon der Leyen gələn həftə Azərbaycana və Ermənistana səfər edəcək.
Globalinfo.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının mətbuat xidmətinin rəhbəri Paula Pinyo Brüsseldə keçirilən brifinqdə bildirib.
Məlumata görə, o, iyulun 1-də Bakıda olacaq, daha sonra isə İrəvana yola düşəcək.