Meyxanaçı Aqşin Fatehə məxsus restoranın fəaliyyəti məhdudlaşdırılıb.
Globalinfo.az “Yeni Sabah”a istinadən xəbər verir ki, Azadlıq prospekti-231 ünvanında yerləşən “By Fateh” restoranında yanğın təhlükəsizliyi ilə bağlı tələblərin pozulduğu müəyyən edilib.
Bununla əlaqədar obyektin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb və giriş hissəsi möhürlənib.