f15

Aprel ayında İran üzərində vurulan ABŞ-ın F-15 qırıcısının pilotu katapult etməzdən əvvəl kəşfiyyat rəsmilərinə maraqlı müşahidəsindən danışıb. O bildirib ki, meduzaya bənzər formada hərəkət edən və bir-biri ilə koordinasiyalı şəkildə uçan dron sürüsü görüb.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

“Pilotun qeyri-adi ifadəsi ABŞ kəşfiyyat qurumlarında müzakirələrə səbəb olub. Rəsmilər bunun İranın indiyədək məlum olmayan yeni dron imkanını, sınaq sistemini və ya pilotun aldığı xəsarətlər nəticəsində yaranmış yanlış qavrayışı əks etdirə biləcəyini araşdırırlar.

Rəsmilər dronların bir neçə PUA-nın vahid sistem kimi koordinasiyalı fəaliyyət göstərməsinə imkan verən qabaqcıl şəbəkələşdirilmiş əlaqə (mesh-networking) texnologiyasından istifadə edib-etmədiyini yoxlayırlar.

Bu imkan təsdiqlənərsə, İranın pilotsuz uçuş aparatları proqramında mühüm texnoloji irəliləyiş hesab olunacaq”, – məlumatda qeyd olunub.

Paylaş: