Gemini Generated Image gp43mgp43mgp43mg

Deputat Razi Nurullayev ATV telekanalını onun fikirlərini təhrif etməkdə ittiham edib.

Globalinfo.az xəbər verir ki, millət vəkili bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib. Bildirib ki, ATV-də qadınların pensiya yaşı ilə bağlı onun iştirakı ilə yayımlanan süjet tamamilə kontekstdən çıxarılıb:

“ATV-nin qadınların pensiya yaşı ilə bağlı mənimlə verdikləri süjet 100 faiz kontekstdən çıxarılıb. Heç olmasa 95 faiz edərdiniz, lap 99 faiz edərdiniz. 100 faiz etmək ağını çıxarmaqdır”.

Deputat qeyd edib ki, telekanal onun fikirlərini saxtalaşdıraraq təqdim edib və bu vəziyyətdən narazıdır. Onun sözlərinə görə, müsahibəni götürən əməkdaşlardan biri ilə əlaqə saxlayıb, həmin şəxs üzr istəyib, lakin Razi Nurullayev üzrxahlığı qəbul etmədiyini və müsahibənin orijinal variantını tələb etdiyini bildirib.

“Bu boyda kanal Milli Məclisin deputatının fikirlərini yüz faiz saxtalaşdırıb verib. Çox təəssüf edirəm. Məndən müsahibə xahiş edən və götürən əməkdaşlardan biri ilə danışdım. Üzrxahlıq etdi, mən onu qəbul etmədim. Müsahibənin orijinal variantını da istədim.

Mən mətbuata açıq deputatam və çalışaram ki, zəng edən jurnalistlərin hamısına cavab verim. Bilirəm ki, bir çox vəzifəli şəxslər, deputatlar mətbuatdan qaçır və onlara haqq qazandırıram.

Mətbuata açıq bir neçə deputat, vəzifəli şəxs qalıb. Onlar da tezliklə danışmaqdan imtina edəcəklər”.

Sözügedən müsahibəni təqdim edirik:

Globalinfo.az

Paylaş: