İran ABŞ-la danışıqlardan əvvəl Livanda döyüşlərin dayandırılacağına dair zəmanət tələb edir.
Globalinfo.az APA-ya istinadən bildirir ki, bu barədə adı açıqlanmayan diplomat CNN-ə məlumat verib.
Onun sözlərinə görə, hazırda vasitəçilər bu problemi həll etməyə çalışır.
Mənbə bildirib ki, İsveçrədə keçirilməsi planlaşdırılan danışıqlar İsrailin Livana hücumları səbəbindən təxirə salınıb.
ABŞ-İran dialoqunun növbəti raundunun nə vaxt keçiriləcəyi ilə bağlı məlumat verilməyib.
Qeyd edək ki, danışıqlar bu gün İsveçrədə ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Vens və İran parlamentinin sədri Məhəmmədbaqir Qalibafın rəhbərliyi ilə keçirilməli idi.
İsveçrə Xarici İşlər Nazirliyi görüşün ləğv edildiyini bəyan edib.