“Versalda imzalanan memorandumun tarixini xatırlamaq vacibdir, çünki bir çoxları keçmişdə baş verən mühüm siyasi hadisələri artıq unudur”.
Globalinfo.az xəbər verir ki, bunu sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib.
O, SSRİ dövründə Mixail Qorbaçov və ABŞ Prezidenti Corc Buş (ata) arasında Maltada keçirilən görüşə işarə edərək bunları yazıb:
“Hazırda İranla bağlı da oxşar bir dəyişiklik – yenidənqurma mərhələsi başlayıb. Bəlkə KQB kimi SEPAH da bu prosesin “başçıları” olacaq. Axı, pişiyin hansı rəngdə olmasının əhəmiyyəti yoxdur, əsas odur ki, siçanı tutsun”.
Qeyd edək ki, Malta görüşü 1989-cu il dekabrın 2-3-də baş tutub və bu tarixi zirvə görüşü ABŞ prezidenti Corc Buş (ata) ilə SSRİ lideri Mixail Qorbaçov arasında keçirilib. Soyuq müharibənin rəsmi sonu kimi qəbul edilən bu görüşdə tərəflər bir-birinə qarşı düşmənçilik etməyəcəklərini bəyan edərək, iki supergüc arasındakı gərginliyi kökündən yumşaldıblar.
Xüsusilə Qorbaçovun Şərqi Avropadakı dəyişikliklərə hərbi müdaxilə etməyəcəyini bildirməsi, SSRİ-nin təsir dairəsindəki ölkələrdə demokratik proseslərin sürətlənməsinə yaşıl işıq yandırıb.
Əliyar Xəlil
Globalinfo.az