699f3d75c846a699f3d75c846b1772043637699f3d75c8467699f3d75c8469 4 900x630 1

“Biz diplomatik səylərin artırılması və Rusiyaya təzyiqlərin gücləndirilməsi hesabına müharibəni qış gəlməmiş başa çatdırmağa ümid edirik”.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Onun sözlərinə görə, əgər döyüş əməliyyatları daha bir qış mövsümünə qədər davam etsə, Ukraynaya əlavə dəstək paketinə ehtiyac yaranacaq:

“Bu paketə təbii qaz, dizel yanacağı, enerji avadanlıqları və hava hücumundan müdafiə sistemləri üçün ən azı 300 raketin daxil edilməsi nəzərdə tutulur”.

Zelenski həmçinin Rusiya Prezidenti Vladimir Putin ilə danışıqlara hazır olduğunu vurğulayıb:

“Ötən qış Ukrayna üçün olduqca ağır keçib. Buna görə də Rusiya ilə danışıqlar qış başlamazdan əvvəl baş tutmalıdır”.

Ukrayna lideri bildirib ki, danışıqlar İsveçrə, Türkiyə, ABŞ və ya Yaxın Şərq ölkələrindən birində keçirilə bilər.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: