Qarşılaşma İsveçrənin 4:1 hesablı qələbəsi ilə başa çatıb.
***00:56
İsveçrə 90+7 dəqiqədə penalti zərbəsi ilə hesabına 4-cü qolu yazdıra bilib.
Globalinfo.az xəbər verir ki, qolun müəllifi Xaka olub.
***00:51
Oyunun əsas vaxtına əlavə edilmiş dəqiqələrdə Bosniya və Herseqovina bir qol vurub.
Globalinfo.az xəbər verir ki, 90+3 dəqiqədə Ermin Mahmiş özünün ilk, oyunun isə dördüncü qolunu vurub.
***00:48
Manzambi dubl edərək İsveçrəyə üçüncü qolu qazandırıb.
Globalinfo.az xəbər verir ki, üçüncü qol oyunun əsas vaxtının son dəqiqəsində, yəni 90-cı dəqiqədə vurulub.
***00:43
İsveçrə top fərqini artırıb.
Globalinfo.az xəbər verir ki, 84-cü dəqiqədə Ruben Varqasın qolu ilə İsveçrə iki top fərqi ilə önə keçir.
***00:33
İsveçrə hesabda irəli çıxır.
Globalinfo.az xəbər verir ki, oyunun 74-cü dəqiqəsində Manzambi qarşılaşmanın ilk qolunu vurub.
***23:00
Futbol üzrə dünya çempionatının B qrupunda növbəti oyun keçirilir.
Globalinfo.az xəbər verir ki, bu mərhələdə İsveçrə Bosniya və Herseqovina millisi ilə qarşılaşır.
Matç Los-Anceles stadionunda keçirilir.