WhatsApp Image 2024 05 03 at 12.51.07

Ötən gün İrəvandan qaçarkən saxlanılan Ermənistanın sabiq prezidenti Robert Köçəryanın ölkədən çıxışına qadağa qoyulub.

Globalinfo.az xəbər verir ki, bunu Köçəryanın ofisinin rəhbəri Baqrat Mikoyan açıqlayıb.

O bildirib ki, Köçaryan “Zvartnots” hava limanında səbəb izah edilmədən saxlanılıb və ona ölkədən çıxışına qadağa qoyulduğu açıqlanıb.

Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan seçkidən sonra Köçəryan-Sərkisyan tandemi ilə bağlı cinayət işinə yenidən baxılacağını anonsunu vermişdi. Paşinyanın yaxın müddətdə sözügedən şəxslərlə bağlı mühüm qərarlar verəcəyi gözlənilir.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: