heqset

ABŞ Kuba Prezidenti Miqel Dias-Kanelin oğurlanması versiyasını nəzərdən keçirir.

Globalinfo.az xəbər verir ki, bunu Pentaqon rəhbəri Pit Heqset yerli mediaya açıqlamasında deyib.

O qeyd edib ki, iki ölkə arasında proseslərin inkişafı liderlərin davranışlarından asılı olacaq.

Heqset son qərarı ABŞ Prezidenti Donald Trampın verəcəyini bildirib.

Xatırladaq ki, ABŞ-ın yanvar ayında Karakasda Nikolas Maduro və həyat yoldaşını ələ keçirməsindən sonra hədəfin Kuba olduğu deyilir.

Tramp ötən həftə deyib ki, Vaşinqton Kubanın siyasi rejimində dəyişiklik etmək niyyətindədir və İranla müharibə bitdikdən sonra buna baxacaq.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: