qoyun 77

Daşkəsəndə güclü sel kənd yollarına və təsərrüfata ziyan vurub.

Globalinfo.az bildirir ki, “Report”un Qərb bürosunun məlumatına görə, təbiət hadisəsi nəticəsində Quşçu kənd sakini Təhməz Rzayevə məxsus 77 baş xırdabuynuzlu heyvan tələf olub.

Hadisə Zəylik kəndi istiqamətinə gedən yolun kənarında yerləşən yataqda baş verib. Bundan başqa sözügedən və digər kəndlərin yollarından da sel keçib.

Bundan başqa sel Gəncə-Daşkəsən yoluna palçıq və çınqıl gətirib. Hazırda yolda aidiyyatı qurumlar tərəfindən iş aparılır, yolun təmizlənməsi həyata keçirilir.

Qeyd edək ki, gecə Gəncə şəhəri və ətraf rayonlara ciddi yağış yağıb, sel gəlib.

Paylaş: