epst

ABŞ-da yetkinlik yaşına çatmayan qızları hədəf alan fahişəlik şəbəkəsi idarə etdiyinə görə mühakimə olunarkən həbsxanada ölü tapılan Ceffri Epşteynin gənc qadınları və modelləri ona yönəltmək üçün moda və modellik dünyasında şəbəkə qurduğu bildirilir. 

Globalinfo.az lent.az-a istinadən bildirir ki, “The Washington Post” qəzeti Epşteyn ilə Nyu-York modellik agentliyinin sahibi Ramzi Elkoli arasında 2009-cu ilə aid elektron poçt yazışmalarını dərc edib.

100-dən çox yazışmaya görə, Elkoli 2009-cu ildən başlayaraq təxminən 10 il ərzində çoxsaylı gənc qadınları Epsteyn ilə tanış edib. Bu, Epsteynin moda və modellik sənayesi vasitəsilə qadınları cəlb edən bir şəbəkə yaratdığını ortaya çıxarıb.

18 yaşlı bir qız da daxil olmaqla, çoxsaylı qadınlarla görüşmək planlarını ətraflı izah edən yazışmalarda Elkolinin Epsteynə bu qadınların fotoşəkillərini də göndərdiyi məlum olub.

Yazışmalarda həmçinin İsveç, Rusiya və digər ölkələrdə fəaliyyət göstərən bir neçə model agentliyinin nümayəndələrinin Epsteynin şəbəkəsinin bir hissəsi olduğu göstərilib.

Sənədlərdə bu şəxslərin Epsteyn ilə müntəzəm əlaqədə olduqları, gənc qadınların fotoşəkillərini paylaşdıqları və bəzi yazışmalarda qadınlar haqqında cinsi təhrikedici şərhlər etdikləri aşkar edilib.

Paylaş: