irnb

İranda uçuşlara qoyulan məhdudiyyətlər aradan qaldırılıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə İran Mülki Aviasiya Təşkilatı məlumat yayıb.

Bildirilir ki, təhlükəsizlik tədbirləri görüldükdən və aidiyyəti qurumla aparılan müzakirələrin sonunda əldə edilən razılaşmalara əsasən hava məkanına qoyulan məhdudiyyətlərin aradan qaldırılması barədə qərar qəbul edilib.

***18:24

İranda bütün uçuşlar ləğv edilib.

Globalinfo.az bildirir ki, APA-nın Tehran bürosunun məlumatına görə, İranın Hava Limanları və Hava Naviqasiyası Şirkəti Mülki Aviasiya Təşkilatı tərəfindən ölkənin qərbində hava məkanının bağlanması ilə bağlı rəsmi uçuş bildirişinin (NOTAM) verildiyini açıqlayıb.

Qurum bildirib ki, bununla əlaqədar ölkə üzrə bütün hava limanlarında həyata keçirilən uçuşlar müvafiq bildirişədək ləğv olunub və həyata keçirilməyəcək.

Paylaş: