Ermənistanda keçirilən parlament seçkilərində xüsusi diqqətdə olan ərazilərdən biri də Azərbaycanla sərhəddə yerləşən Kirants kəndidir.
Globalinfo.az xəbər verir ki, hakim “Vətəndaş Müqaviləsi” partiyasının idarə heyəti sədrinin müavini Vaaqn Aleksanyan sözügedən ərazilər üzrə səsvermənin nəticələrini açıqlayıb.
O bildirib ki, ilkin nəticələrə görə, “Vətəndaş Müqaviləsi” partiyası Kirantsda səslərin 55,4% faizini toplayıb. Digər səslər isə müxalifət partiyaları arasında bölüşdürülüb.
Bundan başqa, sərhəddə yerləşən digər kənd – Berkaberdə “Vətəndaş Müqaviləsi” 75,31% səs qazanıb.
Xatırladaq ki, delimitasiya nəticəsində Kirants kəndi iki hissəyə bölünmüş, bir qismi Azərbaycana verilmişdi.
Əliyar Xəlil
Globalinfo.az