secki

Ermənistanda keçirilən parlament seçkilərində qanun pozuntusu ilə bağlı cinayət işi üzrə araşdırma başlanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

“Güclü Ermənistan” partiyasının səlahiyyətli nümayəndəsi A.H.-nin bir qrup seçiciyə müəyyən siyasi qüvvənin xeyrinə səs vermələri üçün təsir göstərdiyi iddia olunur. Bildirilir ki, həmin şəxslər konkret seçki bülleteni nömrəsi altında qeydə alınmış partiyaya səs verməyə istiqamətləndirilib.

Ermənistanın İstintaq Komitəsi faktı araşdırdığını açıqlayıb. Qeyd olunub ki, hadisə ilə bağlı əsas şübhəli şəxs hesab edilən A.H. polis əməkdaşları tərəfindən saxlanılıb.

Hazırda hadisənin bütün təfərrüatlarının müəyyənləşdirilməsi istiqamətində istintaq tədbirləri davam etdirilir.

Tahir Turan
Globalinfo.az

Paylaş: