mk

Ermənistanda 2 məntəqə sədri və 1 katib həbs olunub.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Vahaqn Hovakimyan brifinqdə məlumat verib.

“Səhər saat 08:00-a olan məlumata görə, 2005 seçki məntəqəsindən 48-də iştirak etməyən olub, üç halda iki sədr və bir katib iştirak etməyib.

Seçki Məcəlləsinə əsasən, seçki komissiyasının üzvlərindən biri iştirak etmədikdə, proses davam etdirilir”, – deyə o qeyd edib və əlavə edib ki, sözügedən sədrlər və katib cinayət işi ilə əlaqədar gecə həbs ediliblər.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: