ruslan eyyubov 12

Ötən ilin ən böyük əməliyyatlarından biri olan 5 milyonluq siqaret qaçaqmalçılığı ilə bağlı həbs edilən məşhur iş adamı Ruslan Eyyubov həbsdən azad edilib.

Globalinfo.az bildirir ki, “Qafqazinfo”nun əldə etdiyi özəl məlumata görə, o, ev dustaqlığına buraxılıb.

Məhkəmə qətimkan tədbirini dəyişərkən R.Eyyubovun səhhətində yaranmış problemləri nəzərə alıb.

Onun barəsində ibtidai istintaq başa çatıb, yekun ittiham elan edilib.

Qeyd edək ki, Ruslan Eyyubov Prezident Katibliyinin rəisi Bəylər Eyyubovun qardaşı oğludur.

Paylaş: