Ermənistanda rusiyapərəst bloqer Mika Badalyanla bağlı istintaq başladılıb
Globalinfo.az xəbər verir ki, Ermənistanda Antikorrupsiya Komitəsi rusiyapərəst bloqer Mika Badalyan barəsində seçki qanunvericiliyinin pozulması ilə bağlı cinayət işi açıb.
İttihamlara əsasən, o, Rusiya ərazisində yaşayan vətəndaşlara seçkilərdə iştirak müqabilində rüşvət və müxtəlif üstünlüklər təklif edib.
Məlumata görə, məsələ Ermənistan parlamentinə keçiriləcək növbəti seçkilərlə bağlıdır.
İddialara əsasən, xaricdə yaşayan şəxslərə səsvermədə iştirak etmələri qarşılığında müəyyən imtiyazlar vəd olunub.
Antikorrupsiya Komitəsi hazırda xaricdə yaşayan və belə təkliflər alan şəxslərin müəyyən edilməsi istiqamətində araşdırmalar aparır. Həmçinin, bu cür hallarla bağlı məlumatı olan vətəndaşlara istintaqla əməkdaşlıq etmələri istiqamətində çağırış olunub.
Qurum seçki qanunvericiliyinin pozulması və rüşvət halları ilə bağlı hər hansı qanunsuz hərəkətlərdən çəkinməyi tövsiyə edib.
Əliyar Xəlil
Globalinfo.az